Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə görkəmli alimin yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq. Eyni zamanda, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Qeyd edək ki, bu ilin dekabr ayında tanınmış alim, ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyi tamam olur. O, həmçinin Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri kimi elmi irsimizdə mühüm rol oynamış şəxsiyyətlərdəndir.