Ərdoğan: Azərbaycan və Rusiya problemi anlayışla həll edəcək ölkələrdir

Ərdoğan: Azərbaycan və Rusiya problemi anlayışla həll edəcək ölkələrdir

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönüşü zamanı təyyarədə jurnalistlərə verdiyi açıqlamada Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib.

Ərdoğan qeyd edib ki, hər iki ölkə problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malikdir:
“Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addımlar atır. O, bu məsələnin uzadılmasının və gərginliyin qızışdırılmasının tərəfdarı deyil”, – deyə Türkiyə lideri vurğulayıb.

O həmçinin bildirib ki, baş verənləri yaxından izləyirlər və hər iki tərəfi mülayimliyə çağırırlar:
“Diplomatik gərginliyi azaldacaq bəyanatlarla problemin daha asan və əsaslı şəkildə həll ediləcəyinə inanırıq. Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda aradan qalxacaq”, – deyə Ərdoğan əlavə edib.

Paylaş, agah et!