Mingəçevirdə avtobusun vurduğu qadın xəstəxanada vəfat edib

Mingəçevirdə avtobusun vurduğu qadın xəstəxanada vəfat edib

Agah.az xəbər verir ki, Mingəçevirdə bir neçə gün əvvəl avtobusun vurduğu 53 yaşlı qadın xəstəxanada həyatını itirib.

Hadisə zamanı 1972-ci il təvəllüdlü Mətanət Hacıyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və reanimasiya şöbəsində müalicə olunmuşdu. Lakin həkimlərin səylərinə baxmayaraq, o bu gün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş, agah et!