İyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb

İyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb

Agah.az xəbər verir ki, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində arabir güclənən şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək. Gecə temperatur 19-22° isti, gündüz isə 24-27° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı – 758 mm civə sütunu olacaq, nisbi rütubət isə 60-70% arasında dəyişəcək.

Azərbaycanın digər rayonlarında da bəzi yerlərdə arabir yağış, şimşək, leysan xarakterli intensiv yağıntı və dolu gözlənilir. Gecə və səhər bəzi bölgələrdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarda gecə temperaturu 19-22°, gündüz 25-30° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-17° isti olacağı proqnozlaşdırılır.

Paylaş, agah et!