Şəmkirin Şiştəpə kəndində qaz təchizatında fasilə olacaq

Agah.az xəbər verir ki, iyulun 7-də saat 10:00-dan etibarən Şəmkir rayonunun Şiştəpə kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, kənd ərazisində Salahova Adilə Səməd qızına məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən diametri 108 mm və 76 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı texniki işlər aparılacaq. Bu səbəbdən, Zəyəm AQPS-dən qidalanan Şiştəpə kəndində təxminən 1 300 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Qaz İstismarı İdarəsi müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirlərinə əməl olunmasını tövsiyə edib.