Prezident İlham Əliyevdən Nikolas Maduraya Müstəqillik Günü münasibətilə təbrik

Agah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə Prezident İlham Əliyev Venesuela xalqını və Prezident Maduronu Azərbaycan xalqı və öz adından səmimi qəlbdən təbrik edib. O, Azərbaycan-Venesuela dostluq münasibətlərinin xoş ənənələrə əsaslandığını vurğulayaraq, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı sonda Prezident Maduroya möhkəm cansağlığı, işlərində uğurlar, Venesuela xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.