Oğuz rayonunun iki kəndində qaz təchizatında fasilə olacaq

Oğuz rayonunun iki kəndində qaz təchizatında fasilə olacaq

Agah.az xəbər verir ki, iyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun Bucaq və Muxas kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisindən keçən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı texniki işlər görüləcək. Bu səbəbdən hər iki kənddə ümumilikdə 630 abonentin qazla təminatı müvəqqəti olaraq dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Paylaş, agah et!