Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb

Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb

Agah.az xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kəndi ərazisindən keçən Kür çayında batmış gəncin meyiti tapılaraq sudan çıxarılıb.

Məlumata görə, 2006-cı il təvəllüdlü kənd sakini Eldəniz Sabir oğlu Məmiyev çayda çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Nəticədə, gəncin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş, agah et!