İlham Əliyev İran Prezidentini Şuşa ilə tanış edib

İlham Əliyev İran Prezidentini Şuşa ilə tanış edib

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı Şuşa şəhərində aparılan bərpa işləri və tarixi-mədəni irs nümunələri ilə tanış edib.

Görüş zamanı qonağa Ermənistanın işğalı dövründə Azərbaycanın maddi-mədəni irsinə vurduğu ziyanlar, dağıdılmış tarixi məhəllələr və məscidlər barədə ətraflı məlumat verilib. İlham Əliyev, həmçinin işğaldan azad edilmiş torpaqlarda, xüsusilə Şuşada həyata keçirilən geniş bərpa və tikinti işlərinə toxunub. Bildirilib ki, burada yeni binalar inşa olunub, bir sıra məscidlər isə təmir edilərək əvvəlki görkəminə qaytarılıb.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib.

Paylaş, agah et!