Rəcəb Tayyib Ərdoğan: Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə Türkiyənin hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.
Ərdoğan bildirib ki, bu dəstək tarixən mövcud olub və gələcəkdə də davam etdiriləcək.
Görüşdə həmçinin Azərbaycan və Türkiyə prezidentləri arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.