Azərbaycanda temperaturun normadan yuxarı yüksələcəyi gözlənilir

Azərbaycanda temperaturun normadan yuxarı yüksələcəyi gözlənilir

Agah.az məlumat verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkədə yaxın günlərdə hava temperaturunun normadan artıq olacağını bildirib.

O qeyd edib ki, hazırda Qərbi Avropada isti hava dalğaları müşahidə edilir. İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda temperatur 40 dərəcədən yuxarı olub, İspaniyanın cənubunda isə hətta 46 dərəcə isti qeydə alınıb.

Ölkəmizdə isə son vaxtlar şimal küləklərinin təsiri ilə mülayim və nisbətən sərin hava şəraiti hökm sürür. Lakin Gülşad Məmmədova bildirib ki, gələn həftənin ikinci yarısından başlayaraq cənub küləklərinin üstünlük təşkil etməsi ilə temperatur tədricən artacaq.

Proqnoza əsasən, Bakıda və Abşeron yarımadasında maksimum temperatur 35 dərəcəyə, Aran rayonlarında 39 dərəcəyə, dağətəyi rayonlarda 35, dağlıq ərazilərdə isə 28 dərəcəyə çatacaq.

Paylaş, agah et!