Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Agah.az xəbər verir ki, bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası baş tutub.

İclası zamanı “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarın tətbiqi üzrə aparılan monitorinqin nəticələri müzakirə olunub. Həmçinin bu qərara əlavə və dəyişikliklərin edilməsi barədə yeni Qərar layihəsi təsdiq edilib.

Bundan əlavə, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi” və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi” mövzularında Qərar layihələri barədə məlumat verilib.

İclasda həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin təşkili barədə” 2024-cü il 9 oktyabr tarixli 10 nömrəli Plenum qərarında dəyişikliklərin edilməsi barədə Qərar qəbul olunub.

Paylaş, agah et!