Zelenski və Tramp arasında telefon danışığı olub

Agah.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın sabiq Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Ukrayna KİV-ləri yayıb.
Danışıq ABŞ-ın Ukraynaya bəzi əsas hərbi yardımlarının təchizatında yaranmış fasilələr fonunda gerçəkləşib. Tərəflər arasında hansı məsələlərin müzakirə edildiyi barədə əlavə məlumat verilməyib.