Astara rayonunda ağacdan yıxılan şəxs ölüb

Astara rayonunda ağacdan yıxılan şəxs ölüb

Agah.az xəbər verir ki, Astara rayonunun Ovala kəndində faciəli hadisə baş verib. Ağac budayan zaman 30 metr hündürlükdən yıxılan şəxs aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı həyatını itirən şəxsin Astara rayonunun Ağ Körpü kənd sakini, 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Surxay Abdullayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş, agah et!