Qazaxıstan ECO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb

Qazaxıstan ECO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb

Agah.az xəbər verir ki, Qazaxıstan Bakıda fəaliyyət göstərən ECO-UNIDO Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb. Bu barədə məlumat İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşünün yekunlarına dair açıqlamasında yer alıb.

Qeyd olunub ki, sənədin imzalanması sammit çərçivəsində baş verib və bu addım regional enerji əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətli mərhələ hesab olunur.

Tədbir ümumilikdə üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verib.

Paylaş, agah et!