Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

Agah.az xəbər verir ki, iyulun 6-da saat 06:00-dan 24:00-dək Bakı şəhərində yerləşən Ziya Bünyadov prospektində təmir-bərpa işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu səbəbdən Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən, eləcə də Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Agentlik sürücülərdən təmir işlərinə anlayışla yanaşmalarını və qeyd olunan saatlar ərzində alternativ yollardan istifadə etmələrini xahiş edib.

Paylaş, agah et!