Ərdoğan və Şahbaz Şərif Xankəndidə görüşüb

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında Xankəndidə görüş keçirilib.
Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündən sonra baş tutub. Tərəflər regional əməkdaşlıq, iqtisadi əlaqələr və birgə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.