Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək

Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək

Agah.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti, yəni 18-ci Zirvə görüşü 2027-ci ildə İran İslam Respublikasında baş tutacaq.

Bu barədə Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşünün yekunlarına dair təşkilatın yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, 17-ci sammit üzv ölkələrin davamlı iqtisadi inkişaf, regional inteqrasiyanın dərinləşdirilməsi və inklüziv inkişafa bağlılıqlarını bir daha nümayiş etdirib.

Qeyd olunur ki, İranın ev sahibliyi edəcəyi növbəti sammit də ECO-nun məqsədlərinə çatmaqda və regional əməkdaşlığın daha da möhkəmlənməsində önəmli rol oynayacaq.

Paylaş, agah et!