Ukrayna hökumətinin iyul ortasında istefası gözlənilir

Agah.az xəbər verir ki, Ukrayna hökumətinin yaxın günlərdə, iyulun 15-17-də istefaya göndərilməsi ehtimal olunur. Bu barədə Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov “Politeka Online” kanalına müsahibəsində məlumat verib.
Razumkov bildirib ki, hökumət istefasını mümkün qədər uzatmağa çalışsa da, bu proses iyul ortasında reallaşa bilər. Bundan əvvəl isə Ali Radanın digər deputatı Yaroslav Jeleznyak da iyulun 15-də Nazirlər Kabinetində geniş dəyişikliklərin olacağını açıqlayıb.
Proqnozlara görə, Baş nazir Denis Şmıqalın istefasından sonra bütün nazirlər vəzifədən gedəcək və yeni hökumətə Yuliya Sviridenko rəhbərlik edəcək.