Tovuzda narkotik vasitə daşıyan narkokuryerlər saxlanılıb

Tovuzda narkotik vasitə daşıyan narkokuryerlər saxlanılıb

Agah.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində narkokuryerlik edən İbrahim Heydərov (34 yaş), Nicat Qurbanov (26 yaş) və Əfqan Kərimov (38 yaş) saxlanılıblar. Onlardan 2 kiloqram marixuana və 1 kiloqram 460 qram həşiş aşkar edilərək götürülüb.

Araşdırmalar göstərir ki, narkotik vasitələr ölkə ərazisinə qanunsuz gətirilib və Tovuz rayonunda gizlədilib. Şəxslər həm şəxsi istifadə, həm də satış məqsədilə bu narkotikləri əldə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə araşdırmalar davam etdirilir.

Paylaş, agah et!