Prezident İlham Əliyev Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib

Agah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda Azərbaycan-ABŞ dostluq münasibətləri, beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, ABŞ Azərbaycanın enerji sahəsində uzunmüddətli və etibarlı tərəfdaşıdır və bu əməkdaşlıq uğurla davam edir.

Həmçinin, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar və sərmayə qoyuluşu sahələrində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı dost ölkələr arasında əməkdaşlığın xalqların mənafelərinə uyğun olaraq daha da genişlənəcəyinə inamını ifadə edib.

Məktubun sonunda İlham Əliyev Donald Trampa möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar, ABŞ xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Paylaş, agah et!