FHN qeyri-çimərlik ərazilərdə təhlükəyə qarşı xəbərdarlıq etdi

FHN qeyri-çimərlik ərazilərdə təhlükəyə qarşı xəbərdarlıq etdi

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən – kanal, çay, arx, süni göl və digər su hövzələrindən istifadənin təhlükəli olduğunu bir daha xatırladaraq, əhaliyə ciddi xəbərdarlıq edib.

Nazirlikdən bildirilib ki, bütün maarifləndirmə tədbirlərinə baxmayaraq, xüsusilə uşaq və yeniyetmələr arasında bu cür ərazilərdən istifadə halları davam edir. Yalnız son iki həftə ərzində qeyri-çimərlik ərazilərdə 7 nəfərin suda boğulması faktı qeydə alınıb.

FHN bir daha vətəndaşlara, xüsusilə də valideynlərə müraciət edərək bildirir ki, belə ərazilərin:

  • sürətli axın,

  • naməlum dərinlik,

  • təhlükəli sualtı relyef

  • məhdud görüntü kimi xüsusiyyətləri həyat üçün ciddi təhlükə yaradır.

Nazirlik bir daha əhalini yalnız rəsmi şəkildə müəyyən olunmuş və təhlükəsizlik tədbirləri ilə təmin edilmiş çimərliklərdən istifadə etməyə, uşaqları nəzarətsiz buraxmamağa çağırır.

Paylaş, agah et!