Səudiyyə Ərəbistanı naziri ABŞ-yə gizli səfər edib: İran və Qəzza müharibəsi müzakirə olunub

Agah.az xəbər verir ki, Səudiyyə Ərəbistanı baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman ABŞ-yə gizli səfər edərək İran və Qəzza müharibəsi ilə bağlı yüksək səviyyəli danışıqlar aparıb.
“Fox News” telekanalının məlumatına əsasən, görüşdə ABŞ-ın keçmiş prezidenti Donald Tramp, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ müdafiə naziri Pit Heqset də iştirak ediblər.
Görüşdə əsas diqqət İranla gərginliyin azaldılması, danışıqlar prosesinin yenidən işə salınması və Qəzzada davam edən müharibəyə son qoyulması istiqamətində addımların atılmasına yönəlib.
Mənbənin iddiasına görə, görüşdən sonra səudiyyəli nazir İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ilə də telefon danışığı aparıb.