Donald Tramp Ağ Evdə UFC döyüşü keçirməyi planlaşdırır

Agah.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Tramp UFC döyüşünün Ağ Ev ərazisində keçirilməsi ideyasını açıqlayıb.
Bu bəyanatı o, ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirib.
“Təsəvvür edin, Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Bunun üçün kifayət qədər yerimiz var”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, tədbirə 20-25 min tamaşaçının qatılması planlaşdırılır və döyüş çempionluq uğrunda baş tutacaq. Lakin Tramp tədbirin dəqiq tarixi və hansı döyüşçülərin iştirak edəcəyi barədə məlumat verməyib.