Boşanmaq istəyən arvadını döyən kişiyə HÖKM OXUNDU

Boşanmaq istəyən arvadını döyən kişiyə HÖKM OXUNDU

Agah.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər yetirmə ittihamı ilə məhkəmə qarşısına çıxarılan Tamerlan Yusifovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə iclası hakim Abusət Qasımovun sədrliyi ilə keçirilib və hökm elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Cəza müddətində T.Yusifov elektron qolbaqla nəzarətdə saxlanılacaq.

İttihama görə, hadisə 2025-ci il mayın 28-də, saat 12:00 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. T.Yusifov həyat yoldaşı İnarə Yusifova ilə nikahın pozulması ilə bağlı mübahisə zamanı onu döyərək, əl, yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Tibbi ekspertizanın rəyinə əsasən, qadına yetirilən xəsarətlər yüngül dərəcəli sayılıb.

Hadisədən dərhal sonra Tamerlan Yusifov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Məhkəmə prosesi nəticəsində o, qanuna uyğun olaraq cəzalandırılıb.

Paylaş, agah et!