Azərbaycanda vergi ödəyicilərinin sayı artıb – Rəsmi statistika açıqlandı

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb – Rəsmi statistika açıqlandı

Agah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu il iyulun 1-nə olan statistikaya görə, ölkədə ümumilikdə 1 630 743 vergi ödəyicisi qeydiyyatda olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% artım deməkdir.

Məlumata əsasən, vergi ödəyicilərinin 86,9%-ni fiziki şəxslər, 13,1%-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir. Son bir ildə fərdi sahibkarların sayı 4,4%, kommersiya qurumlarının isə 7,7% artıb.

Ölkədə kommersiya qurumlarının ümumi sayı 197 038-ə çatıb. Bu isə bir il əvvəllə müqayisədə 8,1% artım deməkdir. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 91,7%-i MMC, 1,1%-i səhmdar cəmiyyətləri (SC), 1,1%-i isə kooperativ və digər təşkilati-hüquqi formalar şəklində fəaliyyət göstərir.

2025-ci ilin ilk yarısında 6 814 yeni kommersiya qurumu qeydiyyatdan keçib. Onların 88,9%-i yerli investisiyalı, 11,1%-i isə xarici investisiyalı şirkətlər olub. Bu qurumların 85,3%-i isə elektron qaydada dövlət qeydiyyatına alınıb.

Paylaş, agah et!