Şahbuzda yaşlı qadın göldə boğularaq ölüb

Agah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda faciəvi hadisə baş verib. Rayonun Şahbuzkənd ərazisində yerləşən göldə kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı həyatını itirib.
Məlumata görə, qadın yaşadığı kəndin yaxınlığında olan göldə çimərkən naməlum şəraitdə boğulub. Hadisə yerinə operativ şəkildə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq müvafiq ekspertiza təyin edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.