Bakıda 14-cü mərtəbədən yıxılan qızın vəziyyəti ağır olaraq qalır

Bakıda 14-cü mərtəbədən yıxılan qızın vəziyyəti ağır olaraq qalır

Agah.az xəbər verir ki, Bakıda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan 17 yaşlı qızın son durumu ilə bağlı məlumat açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 2008-ci il təvəllüdlü M.Züleyxa bədənin çoxsaylı travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Qısa müddətdə reanimasiya şöbəsinə köçürülən xəstə hazırda koma vəziyyətindədir və süni ventilyasiya aparatına qoşulub. Vəziyyəti kritik olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə iyunun 9-da Nərimanov rayonu ərazisində yerləşən 17 mərtəbəli binada baş verib. Məlumata əsasən, Züleyxa 14-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş, agah et!