İlham Əliyev: Özbəkistanın uğurlarına dost və qardaş olaraq ürəkdən sevinirik

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında Özbəkistanın son illərdəki inkişafını yüksək qiymətləndirib. Prezident bildirib ki, Azərbaycan tərəfi Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatları, iqtisadi və sosial sahədə əldə olunan nailiyyətləri böyük maraq və məmnunluqla izləyir.
Dövlət başçısı qeyd edib: “Özbəkistanın beynəlxalq nüfuzunun artması, iqtisadi gücünün möhkəmlənməsi və sosial problemlərin ardıcıl həll olunması bizi sevindirir. Bütün bu uğurlar Prezident Şavkat Mirziyoyevin və Özbəkistan rəhbərliyinin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir. Bu siyasət konkret proqramlarla dəstəklənir və biz, dost və qardaş ölkə olaraq bu uğurlara ürəkdən sevinirik.”