Ombudsman Səbinə Əliyeva Bakı şəhərində vətəndaş qəbulu keçirib

Ombudsman Səbinə Əliyeva Bakı şəhərində vətəndaş qəbulu keçirib

Agah.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində vətəndaşlarla növbəti qəbulunu keçirib. Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qəbul zamanı Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbi şəxslər də Ombudsman tərəfindən fərdi şəkildə dinlənilib. Vətəndaş müraciətlərinə operativ yanaşılması məqsədilə bir sıra məsələlər yerindəcə həll olunub. Araşdırma tələb edən müraciətlərin isə qanunvericiliyə uyğun şəkildə baxılması üçün aidiyyəti dövlət orqanlarına yönləndiriləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib və müraciətlərin daha operativ şəkildə cavablandırılması üçün ənənəvi üsullarla yanaşı, 24/7 rejimində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt və sosial şəbəkə kanalları vasitəsilə də Ombudsmana müraciət etməyin mümkünlüyü diqqətə çatdırılıb.

Paylaş, agah et!