Qohum nikahlarına qoyulan yeni qadağa qüvvəyə minib

Agah.az xəbər verir ki, 2024-cü il iyulun 23-dən 2025-ci il iyulun 1-dək Azərbaycanda ümumilikdə 2 599 qohum nikahı qeydə alınıb. Bu barədə məlumat Ədliyyə Nazirliyinin “Report”un sorğusuna cavabında verilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, müəyyən kateqoriyaya aid olan yaxın qohumlar arasında nikah bağlanması qadağan edilib.
Qanuna əsasən, 2025-ci il iyulun 1-dən etibarən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan övladlarının, həmçinin bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızının, bibi (xala) ilə qardaş (bacı) oğlunun nikahı artıq hüquqi baxımdan mümkün deyil.
Qeyd olunan qadağa nikahların sağlamlıq və genetik risklər baxımından tənzimlənməsi məqsədi daşıyır.