Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobilini idarə edən Ülvi Məhəmməd oğlu Səddrəddinbəyov sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin “Ekologiya postu” istiqamətində tıxac yaranıb.

Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)