Dövlət sərhədini pozan 13 nəfər saxlanılıb, 289 axtarışda olan şəxs tutulub

Dövlət sərhədini pozan 13 nəfər saxlanılıb, 289 axtarışda olan şəxs tutulub

Agah.az xəbər verir ki, ötən ay ərzində dövlət sərhədinin mühafizəsi zamanı ümumilikdə 13 nəfər sərhəd pozucusu saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərdən 8-i Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran və 1-i Qana vətəndaşı olub.

Eyni zamanda, saxtalaşdırılmış tarix möhürü və pasportla, habelə başqasına məxsus sənədlərlə sərhədi keçməyə cəhd göstərən 8 nəfər müəyyən edilərək saxlanılıb. Sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 905 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə çərçivəsində aparılan tədbirlər zamanı hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 289 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib. Bundan əlavə, ölkədən çıxışı qadağan olunmuş 428 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Paylaş, agah et!