Son beş ildə 737 uşaq övladlığa verilib – Nazirlik rəsmisi

Agah.az xəbər verir ki, bu günədək 737 uşaq övladlığa verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov məlumat verib.
O, Agentliyin beş illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, övladlığa verilən uşaqlardan 371-i oğlan, 186-sı isə qızdır.
Vüqar Behbudov əlavə edib ki, bu dövr ərzində 49 uşaq himayədar ailələrə verilib. Onlardan 19-u oğlan, 30-u isə qız olub. Eyni zamanda, 728 uşaq sosial xidmət müəssisələrindən öz ailələrinə qaytarılıb.
Agentlik sədri qeyd edib ki, yaxın illər üçün də konkret planlar mövcuddur. Belə ki, valideyn himayəsindən məhrum olmuş 2025-ci ildə 40, 2026-cı ildə isə 50 uşağın himayədar ailələrdə yerləşdirilməsi planlaşdırılır. Həmçinin, 2025 və 2026-cı illərdə müvafiq olaraq 165 uşağın övladlığa verilməsi nəzərdə tutulur.