FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3,6 metrə çatıb – YENİLƏNİB + VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Oktyabrın 17-si saat 13:00-a olan məlumata əsasən, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, küləyin maksimal sürəti arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən, dənizdə dalğanın hündürlüyü 3,6 metrə çatıb.

09:26

Oktyabrın 17-də saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağda 2 sm-lik qar örtüyü əmələ gəlib.

Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)