Tanınmış kino xadimi Rasim Dərgahzadə vəfat edib

Agah.az xəbər verir ki, Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib. Bu barədə məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqı yayıb.
Rasim Dərgahzadə ömrünün 82-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, o, 1997–2005-ci illərdə Rusiya Kinematoqrafçılar İttifaqının Kino istehsalı və yayımı təşkilatçıları gildiyasına rəhbərlik edib. Onun fəaliyyəti kino sənayesinin inkişafında mühüm rol oynamışdır.