Xarici diplomatlar və beynəlxalq təşkilat rəhbərləri Şuşaya səfər ediblər

Xarici diplomatlar və beynəlxalq təşkilat rəhbərləri Şuşaya səfər ediblər

Agah.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri Şuşa şəhərinə səfər ediblər.

Səfər zamanı nümayəndə heyəti şəhərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerində tanış olublar. Onlar həmçinin Şuşanın tarixi abidələrinə baxış keçirib, işğal illərində şəhərdə törədilən dağıntılar barədə ətraflı məlumat əldə ediblər.

Bu səfər xarici nümayəndələrə azad olunmuş ərazilərdə aparılan quruculuq prosesini yerində görmək və real vəziyyətlə tanış olmaq imkanı yaradıb.

Paylaş, agah et!