Dövlət Ehtiyatları Agentliyi 2025-ci il maliyyə hesabatlarının auditi üçün tender elan edib

Agah.az xəbər verir ki, Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi məqsədilə açıq tender elan edib. Tenderdə iştirak haqqı 155 manatdır.
İddiaçılar təkliflərini iyulun 10-dək Agentliyin Bakı şəhəri, Heydər Əliyev prospekti 152 ünvanına təqdim edə bilərlər. Təkliflər həmin gün, saat 15:00-da qeyd olunan ünvanda nəzərdən keçiriləcək.
Qeyd edək ki, ötən il keçirilən tenderin qalibi “Nexia EA” QSC olub və şirkətə 41,3 min manat ödəniş edilib.