Naxçıvan şəhərində içməli suyun verilişində fasilə olacaq

Agah.az xəbər verir ki, bu gün Naxçıvan şəhərinin bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Yerli bürodan alınan məlumata görə, Qoçüstü məhəlləsi, B.Abbasov küçəsi, Çənlibel məhəlləsi, Tumbul kəndi və digər bir sıra ünvanları içməli su ilə təmin edən magistral xəttdə baş verən qəzanın aradan qaldırılması üçün saat 14:00-dan etibarən suyun verilməsində fasilə olacaq.
Qeyd edilir ki, təmir işləri gün ərzində tamamlanacaq və içməli suyun normal rejimdə verilməsi bərpa olunacaq.