Bu ilin ilk rübündə açılmamış cinayət işi qeydə alınmayıb

Agah.az xəbər verir ki, 2025-ci ilin birinci rübü ərzində əvvəlki illərdən qalmış və hələ də açılmamış, qapalı cinayət işi qeydə alınmayıb. Bu barədə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev məlumat verib.
O bildirib ki, istintaq orqanlarının fəaliyyəti nəticəsində istintaqsız qalan cinayət işləri aradan qaldırılıb. Bununla yanaşı, qəsdən adam öldürmə cinayətlərinin sayında da azalma müşahidə olunur. Fazil Həsənəliyevin sözlərinə görə, 2024-cü ildə bu qəbildən olan 144 hadisə qeydə alınıb. Halbuki əvvəlki illərdə bu rəqəm 160-200 arasında dəyişib.
Qeyd olunan azalma cinayətlərin qarşısının alınması və istintaq fəaliyyətinin səmərəliliyinin göstəricisi kimi dəyərləndirilir.