Əlilliyi olan şəxslərə 5 ayda 57 min reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 5 ayda 57 min reabilitasiya vasitəsi verilib

Agah.az xəbər verir ki, 2025-ci ilin yanvar-may ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan şəxslərə ümumilikdə 57 min reabilitasiya vasitəsi təqdim edilib.

Nazirliyin yaydığı məlumata əsasən, bu vasitələr arasında 4 200-dən çox təkərli oturacaq yer alır. Onlardan 41-i mühərrikli təkərli oturacaq olub. Bundan əlavə, 1 100 nəfər aşağı və yuxarı ətraf protezləri, 2 700 nəfər isə əsa, qoltuqaltı və dirsəkaltı ağaclarla təmin olunub.

Əlilliyi olan şəxslərə həmçinin 4 100 cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, eləcə də müxtəlif korset və digər tibbi-funksional reabilitasiya vasitələri təqdim edilib.

Cari ilin ilk 5 ayı ərzində ümumilikdə 7 600 nəfər əlilliyi olan şəxs bu xidmətlərlə əhatə olunub.

Paylaş, agah et!