Məktəbəhazırlıq qruplarına qəbul iyunun 21-dən başlayır

Məktəbəhazırlıq qruplarına qəbul iyunun 21-dən başlayır

Agah.az məlumat verir ki, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına uşaqların qəbulu iyunun 21-dən etibarən start götürəcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeydiyyat prosesi “mektebeqebul.edu.az” elektron platforması vasitəsilə həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb seçimi digər şəhər və rayonlarda iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan başlayacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə məktəb və müəllim seçimi iyulun 10-da aktiv olacaq.

Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması isə 1–30 sentyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına bu il 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar qəbul olunacaq.

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: