İran İsrailə yenidən raket atıb – ordudan açıqlama

Agah.az xəbər verir ki, İran İsrailə qarşı daha bir neçə raket zərbəsi endirib. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Verilən açıqlamada bildirilib ki, atılan raketlərin əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrailin 12-ci kanalının məlumatına görə, bu dəfə ümumilikdə 8 raket atılıb.
Hazırkı mərhələdə hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisə ilə əlaqədar olaraq İsrail Ordusu əhalini öncədən xəbərdar etmiş və sakinlərə təhlükəsiz sığınacaqlarda qalmağı tövsiyə etmişdi.