Qusarda sərxoş və qayda pozan sürücülər aşkarlanıb

Agah.az xəbər verir ki, Qusar rayonunda son günlər aparılan reydlər zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 17 sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, istirahət mövsümündə nəzarətin gücləndirilməsi məqsədilə keçirilən tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına keçən 8, eləcə də kobud qayda pozuntuları törədən 4 motosiklet sürücüsü müəyyən edilərək saxlanılıb.
Qanun pozan sürücülər barəsində inzibati protokollar tərtib olunub və müvafiq tədbirlər görülüb.