Energetika naziri Pərviz Şahbazov bir neçə rayonun sakinlərini qəbul edib

Agah.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşlarla görüş keçirib.
Energetika Nazirliyinin məlumatına görə, qəbul zamanı vətəndaşlar əsasən elektrik naqilləri və dirəklərinin istismar vəziyyəti, enerji sərfiyyatının hesablanması, elektrik və təbii qazdan istifadəyə görə yaranmış borclar, sayğacların quraşdırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər ediblər. Nazir hər bir müraciəti diqqətlə dinləyərək, məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün aidiyyəti strukturlara tapşırıqlar verib.
Qeyd edək ki, vətəndaş müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə Energetika Nazirliyinin rəhbər şəxslərinin qəbul qrafiki qurumun rəsmi internet səhifəsində dərc olunur.