Gürcüstanda su kanalından körpə meyiti tapılıb – istintaq başlanıb

Agah.az xəbər verir ki, Gürcüstanın Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisində dəhşətli hadisə baş verib. Su kanalında körpə uşağın meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ərazi təhlükəsizlik lentləri ilə mühasirəyə alınıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi – “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” maddəsi üzrə istintaq başladılıb.
Hazırda faciənin dəqiq səbəbləri və hadisənin təfərrüatları araşdırılır.