BŞTİ: 2024-2025-ci ildə 43 mindən çox şagirdin məktəblərarası yerdəyişməsi aparılıb

BŞTİ: 2024-2025-ci ildə 43 mindən çox şagirdin məktəblərarası yerdəyişməsi aparılıb

Agah.az xəbər verir ki, 2024–2025-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri arasında 43 777 şagirdin bir məktəbdən digərinə yerdəyişməsi həyata keçirilib. Bu proses Təhsil Nazirliyinin rəsmi elektron platforması olan sy.edu.az sistemi üzərindən icra olunub.

BŞTİ-dən verilən açıqlamaya görə, elektron yerdəyişmə sistemi valideynlər üçün daha rahat və əlçatan mühit yaradır. Eyni zamanda bu sistem prosesin şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, vaxt itkisinin azaldılmasına və subyektiv müdaxilələrin qarşısının alınmasına şərait yaradır.

Paylaş, agah et!