İsfahanda İsrailin hücumu nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Agah.az xəbər verir ki, İranın İsfahan əyalətində baş verən hücum nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Bu barədə İsfahan əyalətinin qubernator müavini Əkbər Salehi məlumat verib.
Hadisə iyunun 17-si səhər saatlarında İsrailin hücumu zamanı qeydə alınıb. Qubernator müavininin sözlərinə görə, raket zərbəsi Kaşan şəhərində yerləşən nəzarət-buraxılış məntəqələrindən birinə tuş gəlib.
Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.