Dövlətə işə düzəltmək adı ilə 11 nəfəri aldadan qadın saxlanılıb

Dövlətə işə düzəltmək adı ilə 11 nəfəri aldadan qadın saxlanılıb

Agah.az xəbər verir ki, 11 vətəndaşı dövlət qurumlarında işə düzəltmək vədi ilə aldadaraq onlardan külli miqdarda pul alan qadın məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 33 yaşlı Fidan Məmmədova saxlanılıb. O, ayrı-ayrı vaxtlarda 11 vətəndaşdan ümumilikdə 42 min manata yaxın pul alaraq dələduzluq edib.

Qadın vətəndaşların etibarından sui-istifadə edərək onlara dövlət qurumlarında işə düzəltmək vədi verib, lakin öz vədlərini yerinə yetirməyib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb və istintaq davam etdirilir.

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: