İsraildə hava həyəcanı siqnalları işə düşüb – İran raket hücumu həyata keçirib

İsraildə hava həyəcanı siqnalları işə düşüb – İran raket hücumu həyata keçirib

Agah.az xəbər verir ki, İran tərəfindən atılan raketlər səbəbindən İsraildə hava həyəcanı siqnalları aktivləşdirilib. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Ordu rəsmilərinin açıqlamasına görə, hücum məqsədilə atılan raketlərin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Yerli mediada yayılan məlumatlara əsasən, Təl-Əviv şəhərində hava həyəcanı siqnalları ilə yanaşı, partlayış səsləri də eşidilib.

Paylaş, agah et!